YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvar rayonunda şəhid ailələri ziyarət edilib

        Biləsuvar rayonunda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda  mərdliklə döyüşən və qəhrəmancasına həlak olan  Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.

        Biləsuvar rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının rəhbərliyi və fəalları, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri  44 günlük Vətən müharibəsində öz canından keçən Vətən Müharibəsi Qəhrəmanı şəhid  polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət ediblər. Tədbir iştirakçıları şəhidin əziz xatirəsinə həsr olunmuş barelyef-abidə kompleksinin açlışında iştirak edərək önünə gül dəstəsi düzüblər.

        YAP Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları rayonun  Əsgərabad kəndindən olan şəhid Bayramov Elmin Elməddin oğlunun da ildönümü ilə əlaqədar onun məzarını və ailəsini ziyarət ediblər.

       Allah rəhmət eləsin!