YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatında Vətən müharibəsi qazisi Anar Ağamətovun doğum günü münasibətilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatında Vətən müharibəsinin qazisi Ağamətov Anar Oktay oğlunun anadan olmasının 20 illiyi münasibətilə görüş keçirilib.

Qeyd edək ki, Anar Ağamətov 7 oktyabr 2001-ci il tarixində Qusar rayonun Hil kəndində anadan olub.Gərgin döyüşlərdə iştirak edən Anar bir neçə dəfə ağır yaralanıb. Keçən il ad günündə ağır döyüşlərdə ciddi xəsarətlər alan əsgər Anar Ağamətov həkimlərin səyləri nəticəsində ikinci dəfə həyata qaytarılıb.

Səmimi görüş zamanı Anar Vətən müharibəsində döyüş dostlarının göstərdiyi misilsiz qəhrəmanlıqlarından söz açıb.

Görüşün sonunda Anar Ağamətov Vətən müharibəsində göstərdiyi vətənpərvərliyə və şüaətinə görə Fəxri Fərmanla təltif edilib və ona hədiyyə təqdim olunub.