YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şabran rayon təşkilatında “Şəhid ailələrinə qayğı” aksiyası davam edir

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatında “Şəhid ailələrinə qayğı” aksiyası davam edir.

YAP Şabran rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidləri İsgəndərov Elvin Aydın oğlu və Rəsulov Mirbala Əmrağa oğlunun şəhid olmalarınıın ildönümü ilə bağlı ailələri ziyarət edib, qayğıları ilə maraqlanılıb. Mərasimlərdə Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, hüquq-muhafizə orqanlarının rəhbərləri, YAP Şabran rayon təşkilatının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra rayonun Zeyvə kəndində Şəhid Poladov Aynur Şıxbaba oğlunun ildönümü mərasimi keçirilib.

Mərasimdə YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Şabran rayon təşkilatının aparat işçiləri, hüquq-muhafizə orqanlarının rəhbərləri iştirak edib. Tədbir iştirakçıları şəhidin qəbrini ziyarət edib, üzərinə tər güllər qoyulub, ailəsi ziyarət olunub.

Şabranda, həmçinin şəhid Ağaquliyev İlkin Saməddin oğlunun doğum günündə əziz xatirəsinə həsr olunmuş barelyef abidə kompleksinin açılışı olub. Açılış mərasimində YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.