YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallı rayonunda "Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək" layihəsi davam edir

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının nümayəndələri "Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək" layihəsi çərçivəsində rayonun Yeddioymaq və Xoşçobanlı kəndlərindən olan şəhid, baş leytenant Əlimərdan Quluzadə Fəttah oğlu və şəhid Musa Mustafayev Əlövsət oğlunun anım günündə məzarını ziyarət edib, ailələri ilə görüşüblər. 

Görüş zamanı YAP Masallı rayon təşkilatı sədrinin səlahiyətlərini icra edən Seyfəddin Əliyev bildirib ki, 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.