YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının nümayəndələri şəhid Elgün Əzizovun məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı 44 günlük Vətən müharibəsinin başlanmasının birinci ildönümü ilə əlaqədar tədbirləri davam etdirir. Tədbirlər çərçivəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi anılır, onların ailələri ziyarət olunur.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və təşkilatın əməkdaşları Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Əzizov Elgün Elman oğlunun Müşfiqabad qəsəbəsindəki Şəhidlər xiyabanında məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.