YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

44 günlük vətən müharibəsinin ildönümü ərəfəsində  YAP Nəsimi rayon təşkilatının qərargahında partiyanın fəal gəncləri ilə Vətən müharibəsində yaralanmış qazilərlə görüş keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Salman Salmanov və Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva, Şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və Vətən müharibəsi Qazisi Rüfət Salmanov Vətən müharibəsində ordumuzun göstərdiyi şücaətdən bəhs etdilər.

Öz növbəsində qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.