YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid İlyas Şahvələdovun ailəsi ziyarət olunub

Laçın rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının rəhbərliyi və Partiya fəalları könüllülərlə birlikdə Laçın rayonunun Qorçu kənd sakini, 44 Günlük Vətən Müharibəsində şəhid olmuş Şahvələdov İlyas Etibar oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin xatirələri ehtiramla yad edilib. Həmçinin şəhidin ailə üzvülərinin qayğıları ilə maraqlanılıb. Könüllü gənclər şəhidin ailəsinin mənzilinin həyətyanı sahəsində abadlıq işləri görüblər.

Şəhidin ailə üzvləri onlara göstərilən hərtəfəli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını bildiriblər.