YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada şəhid Nurlan Fərəməzovun anım mərasimi keçirilib

Astara rayonunun Təngərüd kəndində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun tibb xidməti baş leytenantı Nurlan Fərəməzovun anım mərasimi keçirilib.

Mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları Rəşad Mahmudov, Ziyafət Əsgərov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Firudin Əhmədov, rayon hüquq mühafizə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində şəhid, baş leytenant Nurlan Fərəməzovun xatirəsi yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun tibb xidməti baş leytenantı Nurlan Fərəməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən oktyabrın 9-da şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidentin müvafiq Sərəncamlarına əsasən, Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.