YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan postmüharibə dövründə

Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı direktoru

Bu gün eyni zamanda Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin 4-cü dəfə bombalanmasından bir il ötür. Oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Bu hücum nəticəsində 7 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfər yaralanıb. Qeyd etmək istərdim ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-da saat 12:00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam etmişdir. Eyni zamanda xatırlamaq istərdim ki, düşmən tərəfi eyni gündə oktyabrın 11-i səhər saat 08:00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd etmiş və Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilmişdir.

Ümimiyyətlə, 2020-ci il Qarabağ müharibəsi zamanı Gəncə şəhəri erməni silahlı quvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda Skad, Toçka-U balestik raketləri ilə əsasən şəhərin insanlar sıx yaşadığı bölgələri atəşə tütulub bombalanmışdır. Müharibə dövründə törədilmiş Gəncə terroru zamanı hamısı mülki şəxslər olmaqla ümumilikdə 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmış və müxtəlif bədən xəsarətləri almışlar. Eyni zamanda bu hücunlar zamanı şəhərin insfrstrukturuna, yaşayış binaları və avtomobillərə ziyan dəymişdir.

Riyakar və qeyri-konstruktiv siyasət aparan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi, həmçinin təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq hər zaman Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər. Ümumiyyətlə qeyd etməliyik ki, mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş bir taktikasıdır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımıdır. Eyni zamanda Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Belə ki, Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulması idi. Bu, eyni zamanda erməni faşizminin eybəcər sifətinin və apardıqları yəcəvüzkar siyasətlərinin təzahürü idi.

Ali Baş Komandanın da dediyi kimi Müzəffər Azərbaycan Ordusu müharibə elan olunduğu gündən hər gün yeni hərbi uğurlara imza ataraq uzun illər işğal altında olan yeni şəhər və kəndləri azad edir və ya bizim nəzarətimiz altına keçirdi. Azərbaycan isə mülki vətəndaşların qisasını yalnız döyüş meydanında almaqla bir daha iki ölkəni kökündən fərqli siyasət apardığını bir daha ortaya qoymuş oldu. Ermənistan 10 oktyabr humanitar atəşkəsin belə əsl mahiyyətini anlamadan öz çirkin əməllərinə davam edərək həlak olmuş hərbçilərin cəsədlərinin və eləcə də hərbi əsirlərin humanitar əsaslarla dəyişdirilərək təhvil verilməsini əngəlləməyə çalışdı. Və bununla da münaqişənin hərbi mərhələdən diplomatik siyasi mərhələyə keçidini əngəlləyirdi.

Qeyd edim ki, 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan hər zaman qeyri-ciddi mövqe nümayiş etdirib və hər zaman status-kvonun saxlanılmasının tərəfdarı olmuşdur. Bu müddət ərzində istər erməni diasporuı, istərsə də Ermənistanı öz himayəsi altında müdafiə edən dövlətlər proseslərin erməni ideologiyasından çıxış edərək həlli istiqamətində addımlar atıblar ki, bu da qeyri-konstruktiv nəticələrə səbəb olub. Lakin buna baxmayaraq, Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlar prosesini davam etdirməyi məqsədəuyğun hesab etmişdir. Başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla Azərbaycan höküməti hər zaman Qarabağ münaqişəsinin nizamlanması istiqamətində mövcud status-kvonun dəyişdirilməsi üçün yüksək iradə nümayiş etdirmişdir.

Son aprel hadisələrindən sonra prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri ərəfəsində Azərbaycanın düzgün mövqeyi bir daha dünya ictimaiyyətinə çatdırılmış və eyni zamanda münaqişənin həll olunmasında cüzi də olsa, müsbət fikirlər formalaşmağa başlamışdı. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaşqınların öz torpaqlarına geri qayıtması tələbini ortaya qoyulması tələbi olmuşdur. Beynəlxalq hüququn müxtəlif vaxtlarda qəbul etdiyi qətnamələri baxmayaraq, ermənilər Qarabağ torpağında hərbi təlimlər təşkil etməkdə davam etməsi və danışıqlara hazır olmamaları ilə status-kvonun daima saxlanılmasında maraqlı olmuşlar. Ali Baş Komandanın müharibə dövründə xarici mediaya açıqlama verərək bir daha bütün dunya ictimaiətinə məlumat verirdi ki, status-kvo yoxdur, təmas xətti yoxdur. Ona görə bu reallıqla Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın!

Bu gün Azərbaycan xalqı son iki yüz ilin ən xöşbəxt günlərini yaşayır. 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək  “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Bu gün işğaldan azad olunmuş o səfalı yerlərə həyat qayıdır, yeni damlar tikilir, yeni şəhərlər salınır. Bütün dağıdılmış yerlərdə bərpa işləri aparılır. Bu gün bütün dunya görür və bir daha şahidi olur ki, erməni vandalları sahibi olmadıqları torpaqları nə vəziyyətə salıblar və bunu təkcə bizim oraya qayıtmamaq üçün ediblər. Cənab Prezident hələ 2016-cı ildə aprel hadisələrindən sonra cəmi 8 ayda Cocuq Mərcanlının yenidən qurulmasına, binalar və yaşayış yerlərinin salınması, bütün infrastrukturun qurulmasını eləcə də kənd təsərüfatının inkişaf etdirilməsi üçün bütün əməyi səfərbər edərək orada həyatı yenidən canlandırdı və oraya həyat qayıtdı. Bu gün necə ki, aprel hadisələrəindən sonra Azərbaycan vətəndaşları qısa bir zamanda azad edilmiş torpaqlara qayıtdılar və orada yaşayırlar eləcə də digər işğaldan azad edilmiş torpaqlara da həyat qayıdır və bütün məcbüri köçkünlər öz qovulduqları dədə-baba torpaqlarına tezliklə məskunlaşmağı böyük sevgi hissi ilə gözləyir və buna əmindirlər.