YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ əfsanəsi və yaxud müdrikliyin Şuşa zirvəsi

Akademik Akif Əlizadə

Qeyrət, namus rəmzi, mədəniyyət mərkəzi Qarabağ haqqında günlər, aylar, illərlə danışmaq, son dövrlərin tarixi reallığını əks etdirən möhtəşəm poemalar, dram əsərləri, təsviri sənət inciləri, simfoniyalar, fundamental abidələr və s. yaratmaq olar. Lakin bunları zamanın hökmünə buraxaq. Mən sizin diqqətinizi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunu tarixi Zəfər gününə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabr - Anım Gününə həsr olunmuş əzəmətli yürüşə cəlb etmək istərdim. Biz çox eşitmişdik ki, doğma torpaq o zaman Vətən olur ki, onun uğrunda igidlərimiz həyatlarını belə fəda etsinlər. Lakin biz bu itgilərin həqiqi miqyasını vizual dərk edə bilmirdik. Bu mənzərini izləyərkən insanı dəhşət bürüyür, son dərəcə kədərlənir, digər tərəfdən fəxr edirsən ki, bizim nə qədər əfsanəvi qəhrəman, bir-birindən qoçaq, gözəl övladlarımız Vətən uğrunda əbədiyyətə qovuşmuşlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün dünya qarşısında bu sahədə də öz müdrikliyini parlaq surətdə nümayiş etdirdi. Bu anlarda Vətənin ən qeyrətli, namuslu, qəhrəman, vətənpərvər övladları - generaldan tutmuş sıravi əsgərə qədər, minlərlə şəhid ordusunun cəngavər sərkərdəsi kimi, bir gözündə kədər, digərində isə qürur, dəyanət, vüqar hissilə, Birinci Vise-prezident, dünyaya yenicə göz açmış, heç bir günahı olmayan məsum, şəhid olmuş körpənin şəklini sanki öz balası kimi bağrına basmış, xalqımızın ləyaqətli qızı Mehiban Xanımla addımlayırdı. Möhtərəm Prezident İlham Əliyev bu ssenarisinə və 44 günlük Vətən müharibəsində unikal strateq qismində misilsiz xidmətlərinə görə, ən ali hərbi rütbə - generalisimus adına layiqdir. Bu təkrarolunmuz mənzərə hələ uzun illər hafizəmizdən silinməyəcəkdir. Çünki bu ilk növbədə öz həyatları bahasına xalqımıza 30 il müddətində həsrətində olduğu qələbəni bəxş etmiş şəhidlərə sonsuz minnətdarlığın, onların əbədiyyətə qovuşmasını bərqərar etmənin simvoludur. Biz onların müqəddəs ruhları qarşısında ehtiramla baş əyir, qəni-qəni rəhmət diləyir, əfsanəvi döyüşçülərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Xalqla Prezident-Müzəffər Ali Baş Komandan İlham Əliyev və Vitse-prezident Mehriban xanım və rəşadətli qalib Azərbaycan ordusunun sarsılmaz birliyinin bariz nişanəsi bu tarixi günlərdə bir daha təsdiq olundu. Bu hadisə dünya ictimaiyyətinə bəşəri mesaj olmaqla, dost xalqları sevindirir, xain, insanlıq simasını itirmiş məxluqları isə qorxuya, təlaşa qərq edir.

Möhtərəm Prezidentimiz məğlubolunmaz ordumuza cəbhədə böyük istedad, bacarıq və müdrikliklə sərkərdəlik edir, eyni zamanda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında - diplomatiya sferasında misli görünməmiş çıxışları ilə əksəriyyət məkrli, qərəzli tərəf müqabillərini yerində əyləşdirərək, şok vəziyyətinə salırdı. Onun bu müsahibələri Azərbaycanı sevən insanlara mənəvi rahatlıq bəxş edirdi. İnsanlar hər gün cənab Prezidentimizdən səbirsizliklə ruhlandırıcı xoş xəbərlər gözləyirdilər. Bu anlarda xalqla rəhbərin sarsılmaz birliyi, məhəbbəti aydın ifadə olunurdu.

Qarabağ – Azərbaycanımız uğrunda cahan müharibəsi bir sıra məqamlara da aydınlıq gətirdi. Biz əsl dost və düşmənimizin kim olduğuna əmin olduq. Əlbəttə ki, bir millət, iki dövlət – Türkiyə ən etibarlı sadiq dostumuz əlindən gələn nə varsa hamısını həyata keçirdi. Şimal qonşumuz Rusiya işğalçı faşist dövləti Ermənstanın min bir təxribatlarına, murdar oyunlarına, alçaq niyyətlərinə uymadı və bitərəflik nümayiş etdirərək, Azərbaycanla birlikdə erməni cəlladlarını alçaldıcı kapitulyasiya aktına qol çəkməyə məcbur etdi. Qardaş Pakistan xalqı və dövləti daim bizim yanımızda oldu və havadarımıza çevrildi. İsrail dövləti də bizi dəstəklədi və hərbi sahədə yardımını əsirgəmədi.

Rəşadətli, məğlubedilməz Azərbaycan ordusunun böyük bir hissəsini yaşı 18-25 arasında olan gözəl övladlarımız təşkil edirdi. Onlar bu tarixi haqq savaşında xarüqələr göstərdilər. Xüsusən əziz, əlçatmaz qeyrət simvolu Şuşanın əlbəyaxa ölüm-dirim döyüşündə alınması əfsanəvi qəhrəmanlıq nümunəsi kimi, hərbi ekspertlərin qənaətincə, dünya hərb tarixinə yazılmalı hadisədir. Biz şanlı qələbənin sevincini, dinc həyatımızın dadını şəhidlik zirvəsinə ucalmış oğullarımız və qazilərimiz hesabına duyuruq.

Məğlubiyyətdən daha da azğınlaşmış erməni faşistləri ən dəhşətli silahlar – raketlərlə, fosforlu güllələrlə, cəbhədən çox-çox uzaqlardakı Gəncə, Tərtər, Goranboy, Naftalan, Yevlax və s. şəhərlərdəki, kəndlərdəki uşaq bağçalarını, məktəbləri, xəstəxanaları və s. nişan alaraq dinc əhalini güllə boran edir, qətlə yetirirdilər. Bizim insanpərvər, alicənab əsgərlərimiz isə tarixdə görünməmiş humanistlik missiyası göstərirdilər. Bütün bunları görə-görə özlərini “demokratiya beşiyi” hesab edən, ikili standartlarla yaşayan qərb dünyası, erməni təbliğatının yedəyində gedərək, onlara havadarlıq edir, böyük haqsızlıqlar və ədalətsizlik nümayiş etdirirlər. Lakin belə vəziyyət uzun zaman sürə bilməz, tarixdə həqiqət daima öz yerini tapır.