YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabad rayonunda şəhidlərimizin anım mərasimləri keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Cəlilabad rayonu Badamağac kəndindən şəhid Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlu, Musalı kəndindən şəhid Niftullayev Elşən Əfqan oğlu, Əsədli kəndindən şəhid Paşayev Mahir Bəxtiyar oğlu və Sadatlı kəndindən şəhid Eminov Tacir İntiqam oğlunun anım mərasimlərində iştirak ediblər.

Anım tədbirlərində Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızın əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.