YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə şəhid məzarları ziyarət edilib

YAP İmişli rayon təşkilatının rəhbərliyi və fəalları rayonunun Bəhramtəpə qəsəbəsində İkinci Qarabağ müharibəsi şəhidləri Elgün Əli oğlu Həsənovun və Əmrah Çingiz oğlu Səfərəlinin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, onların ruhuna dualar oxuyublar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edənlər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə əldə etdiyi şanlı qələbədən söhbət açıblar. Qeyd edilib ki, məhz Elgün və Əmrah kimi qəhrəman oğullarımız Vətənin harayına səs verərək, torpaqlarımızı yağı düşməndən azad etdilər. Şəhidlərimiz haqq döyüşündə ölümün gözünə dik baxaraq, gələcək nəsillər üçün qəhrəmanlıq dastanı yazdılar. Elgün və Əmrah da Vətən müharibəsi zamanı ilk günlərdən döyüşə qatılanlar sırasında idilər.

Qeyd edək ki, rayon təşkilatının rəhbərliyi və fəalları şəhid məzarlarını, şəhidin ailələrini, o cümlədən qaziləri davamlı olaraq ziyarət edərək onların problemləri və qayğıları ilə maraqlanırlar.