YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Müstəqillik haqqında qanun" dövlətimizin suverenliyinin XX əsrdə bərqərar olmasının sübutudur

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Müstəqillik-əsas dəyərimiz, ən böyük nemətimizdir. Azadlıq, müstəqillik  xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz  azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq və qazanmışıq. Ümumilli lider Heydər Əliyevin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" sözləri bizim hər birimizin yaddaşına ömürlük həkk olunub.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə Azərbaycanın dünyaya nüfuzunu bir daha göstərdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməsi, bölgədə yaranan yeni reallıqlar, ölkəmizin dünyada layiqli yeri, əldə etdiyi böyük nüfuz, ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və dövlətçilik tariximizdə böyük əhəmiyyətə malik günlərin mahiyyət və məzmun baxımından daha da dəqiqliklə təsbit olunması zərurəti vacib bir hal oldu.

Erməni tarixçilərinin iddiasına görə 1991-ci il 18 oktyabrda müstəqillik qazanmış Azərbaycan ərazisində "Dağlıq Qarabağ Muxtar Vilayət"i mövcud olmayıb. Tarixdə speratçı ermənilər Sovet Azərbaycanının tərkibində olan "Dağlıq Qarabağ Muxtar Vilayət"inin 1991-ci il 2 sentyabr tarixli referendumla Azərbaycanın tərkibindən ayrılması barədə qərar qəbul etmişlər. Lakin 1991-ci il noyabrın 23-də Azərbaycan Ali Soveti  "Dağlıq Qarabağ Muxtar Vilayət"inin statusunu ləğv etdi.

Ermənilər bunu "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"na istinad edirlər. Bu baxımdan 28 May tarixinin Müstəqillik günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası günü adlandırılması ilə bağlı Milli Məclisə təqdim edilmiş qanun layihəsi çox mühümdür.  "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının məzmunu ilə başlığı arasında olan uyğunsuzluq, bu qanun layihəsinə əsasən aradan qaldırılır.

28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bugünkü müstəqil Azərbaycanın dövlət atributları- gerbi, bayrağı və himni Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi atributlardır. Bu müasir Azərbaycanın  Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu göstərir və Azərbaycan Xalq Cümhuriyyətinin dövründə ərazi olaraq heç bir "Dağlıq Qarabağ Muxtar Vilayət"i adlı qurum mövcud olmamışdır.