YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şirvan şəhər təşkilatının üzvləri qazi Nəsrəddin Abışovu ziyarət ediblər

44 günlük Vətən müharibəsində ərazi bütövlüyü üçün ön cəbhədə qəhrəmancasına döyüşmüş, xəsarət almış Azərbaycan oğulları daim diqqət mərkəzində saxlanılır.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının üzvləri II Qarabağ müharibəsi qazisi Abışov Nəsrəddin Rüstəm oğlunu ziyarət edib.

Qazi Nəsrəddin Abışov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakından fəxrlə söhbət açıb, müharibədən xatirə olaraq götürdüyü əşyaları və təltif olunduğu medalları nümayiş etdirib. Vətən uğrunda döyüşməyi özünə borc bildiyini və bununla qürur duyduğunu bildirib.