YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabad rayonunda şəhidlərin anım mərasimi keçirilib

Oktyabrın 12-də Milli Məclisin deputatı Malik Həsənov, Cəlilabad  Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri  Kövüzbulaq kəndində şəhid İnam Baxşəliyev  Rasim oğlunun və  Maşlıq kəndində şəhid Şamo Kərimov Elman oğlunun anım mərasimlərində iştirak ediblər.

Mərasimdə çıxış edənlər bildiriblər  ki, şəhidlərimizin həyat yolu indiki və gələcək nəsillər üçün vətənərvərlik məktəbidir.  Qanları ilə tarix yazan Vətən oğullarımız xalqımızın yaddaşında daim yaşayacaq və xatirələri  ehtiramla yad ediləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!