YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda 3-cü Beynəlxalq Caspian Energy Forum-2015 keçiriləcək

Martın 11-də Bakıda 3-cü Beynəlxalq Caspian Energy Forum-2015 öz işinə başlayacaq. Forum Azərbaycanın Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Caspian European Club-un dəstəyi ilə təşkil olunur. Forumun proqramı və spikerlərin yenilənmiş siyahısı barədə məlumatı rəsmi saytdan - www.caspianenergyforum.com əldə etmək olar.
Caspian European Club-un İcraiyyə Komitəsindən verilən məlumata görə, forumda Azərbaycanın, habelə Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, ölkəmizdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dünya enerji bazarlarına inteqrasiyasının bütün aspektlərinin müzakirəsi planlaşdırılır. Enerji, nəqliyyat və infrastruktur layihələrində, artan upstream qaz sektorunda, Xəzərin ehtiyat potensialında Azərbaycanın hakim mövqeyi forumun məruzəçilərinin, deleqat və iştirakçılarının diqqət mərkəzində olacaq.
İkinci hissədə isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forumu keçiriləcək. Forumda maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, inşaat və digər qeyri-neft sektoru sahələrinə innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes-hakimiyyət dialoqunun yaradılması məsələləri müzakirə ediləcək.
Həmçinin forum çərçivəsində “Caspian Energy Award – 2015” beynəlxalq mükafatının rəsmi təqdimetmə mərasimi də keçiriləcək.