YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsinin yaratdığı yeni reallıqlar

Elşad Mirbəşir oğlu

Milli Məclisin deputatı

Postmünaqişə mərhələsində Azərbaycan özünün güc mövqeyini daha da möhkəmləndirməyi bacardı. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan siyasi komponentlərini əvvəlcədən formalaşdırdığı strategiyasının hərbi mərhələsini də məharətlə həyata keçirdi. Yaxşı xatırlayırıq ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev ən mötəbər beynəlxalq tribunalardan ölkəmizin mövqelərini və münaqişə vəziyyəti ilə bağlı obyektiv həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Prezident İlham Əliyev yüksək diplomat keyfiyyətləri, arqumentləşdirmə bacarığı dünyanın təsəvvürləri tezliklə dəyişməyə başladı. Ümumiyyətlə, əksər beynəlxalq təşkilatlar çərçivəsində sərgilənməkdə olan mövqe ondan ibarət idi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə həllini tapa bilər. Bütün bunlar 44 günlük Vətən müharibəsindəki hərbi qələbəmizin həlledici siyasi elementlərini təşkil etdi. Bunun ardınca Azərbaycan həm də hərbi müstəvidə öz qüdrətini nümayiş etdirdi. Dünya gördü ki, ölkəmiz sadəcə olaraq, sülh və təhlükəsizlik naminə münaqişənin dinc tənzimlənməsini dəstəkləyirdi. Bizim hərbi yolla torpaqlarımızı işğaldan azad etmək imkanımızı hər zaman olub. Vətən müharibəsi dövründə bununla bağlı artıq heç kimdə şübhə qalmad. Belə ki, müharibənin artıq birinci həftəsində Ermənistan ordusu əhəmiyyətli şəkildə zəiflədildi. Bunu ermənilər həm səsləndirdikləri fikirləri ilə, həm də davranışları aşkar büruzə verirdilər. Müharibənin elə ilk günlərindən Ermənistan ordusunda fərarilik baş alıb getməyə başladı. Azərbaycan Ordusunda isə bir dəfə də olsun belə hala rast gəlinmədi. Ermənistan öz məğlubiyyətini, zəifliyini həm də Azərbaycanın dinc əhalisini, mülki obyektlərini və infrastrukturlarını hədəf almaqla göstərmiş oldu. Gəncə, Bərdə, Tərtər, Goranboy və digər ərazilər terrorçu dövlət olan Ermənistan tərəfindən raket hücumlarına məruz qaldı. Bütün bunlara baxmayaraq, 44 günlük Vətən müharibəsi ölkəmizin inamlı qələbəsi ilə sona çatdı. Ötən ilin 10 noyabr tarixində işğalçı Ermənistan kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Torpaqlarımız işğaldan azad olundan sonra Azərbaycan iki istiqamətdə pararell şəkildə daha da inamla addımlamağa başladı:

Birincisi, biz ərazi bütövlüyümüzün işğaldan azad olunması strategiyasını üçüncü vektorunu reallaşdığmağa başladı. Artıq qeyd etdiyimiz kimi, qələbə strategiyamızın siyasi və hərbi vektorları üzrə bütün addımlar uğurla atıldı. Növbəti, üçüncüsü isə iqtisadi vektor idi. Qısa zaman kəsiyində erməni işğalı altında olmuş ərazilərimizdə gördüyümüz tikinti-quruculuq işləri sözün əsl mənasında heyrətləndirir. Çünki, bir qayda olaraq, müharibədən çıxan dövlətlər uzun müddət özünə gələ bilmir. Azərbaycan isə, tam əksinə, müharibə bitər-bitməz işğaldan azad etdiyimiz ərazilərimizə yenidən həyat qaytarmaq strategiyasını hazırladıq. Hətta, bunu müharibə gedəgedə etdiyimizi deyə bilərik. Belə ki, hələ ötən ilin oktyabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzalandı. Bu, Azərbaycan dövlətinin qüdrətinin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətinin, iradəsinin, mütləq qələbəyə olan inamının göstəricisi idi. Ölkə Prezidenti səsləndirdiyi fikirlərə uyğun olaraq, Qarabağın dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirmək istiqamətində olduqca təsirli addımlar atıldı. Ərazidə effektiv kommunikasiya xətlərinin qurulmasının əsası qoyuldu, yaşayış məskənlərinin inşasına başlanıldı və s. Təbii ki, bütün bunlar ərazilərimizdə, həmçinin azsaylı ermənilərin qalmaqda davam etdiyi ərazilərimizdə də dövlət suverenliyimiz tam təmin olunmasını şərtləndirəcək.

İkincisi, torpaqlarımızı işğaldan azad etdikdən sonra beynəlxalq informasiya məkanında haqlı mövqelərini müdafiə etmək üçün və təcavüzkar Ermənistanın əsl mahiyyətini beynəlxalq aləmdə ifşa etmək üçün əlavə alətə sahib oldu. Bu alət ermənilərin işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri vəhşilik və vandalizmdən ibarət idi. İntev şəkildə Azərbaycan fəaliyyət göstərən diplomatik korpusların təmsilçilərinin, dünyanın aparıcı KİV-lərinin nümayənlərinin erməni işğalı altında olmuş torpaqlarımıza səfərlərinin təşkil edilməsi həqiqətlərin daha ciddi şəkildə dünayaya şatdırılmasını şərtləndir. Ümid edirik ki, Azərbaycanın yaşayış məskənlərini nüvə silahsız “Xirosimaya” çevirən Ermənistanın və ermənilərinin nə dərəcədə təhlükəli olduğu nəhayət dünyanı düşündürəcək. Azərbaycan beynəlxalq informasiya məkanında Ermənistanın terrorçu mahiyyətinin cidd dəlillər və sübutlar əsasında ifşa olunması istiqamətində təsirli addımlarını daha da intensiv şəkildə addımlar atmaqdadır. Torpaqlarımızın işğaldan azad olunması ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, digər bir çox istiqamətlərdə də mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirdi, imkanlarımızı genişləndirdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Cəbrayıl rayonuna səfər edən zaman Cəbrayılın işğaldan azad olunmasının hərbi-taktiki, strateji əhəmiyyətini vurğulamaqla yanaşı, bir daha bəyan etdi ki, Azərbaycanın formalaşdırdığı güc mövqeyi dönməzdir. Ermənistanın istənilən təxribatının qarşısı qətiyyətlə alınacaq. Ölkə Prezidenti Ermənistana və onun havadarlarına xəbərdarlıq edərək bildirdi ki, təhlükənin kiçik bir təzahürünü belə görsək, lazımi addımlar atılacaq və heç kim bizim qabağımızda dura bilməz.