YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şirvan şəhər təşkilatının fəalları şəhid Bəxtiyar İslamovun ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının fəalları Vətən müharibəsi şəhidi İslamov Bəxtiyar Saleh oğlunun ailəsini ziyarət edib.

 Ziyarət zamanı şəhid leytenant İslamov Bəxtiyar Saleh oğlunun əziz xatirəsi yad olunub, ruhuna dualar edilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.

Qeyd edək ki, İslamov Bəxtiyar Saleh oğlu 1997-ci ildə Şirvan şəhərində anadan olub. 4 nömrəli tam orta məktəbdə oxuyub. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə, 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olub. Ali Hərbi məktəbi uğurla bitirdikdən sonra leytenant Bəxtiyar İslamov  N saylı hərbi hissədə xidmətini davam etdirib. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Füzuli, Cəbrəyıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşdə yaralanmış bir neçə əsgər və zabitin həyatını xilas etsə də özü şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə  ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrəyılın azad olunmasına görə” medallarına layiq görülüb.

DİGƏR Xəbərlər Arxiv