YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ərazi bütövlüyünü təmin edən Sərkərdə

Rəşad Cəbrayılov,

YAP Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

30 il işğal altında olan torpaqlarımız məhz Müzəffər Ali Baş  Komandanımız cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində işğaldan azad edildi. Bununla da xalqımızın həsrətlə gözlədiyi bir tarixi hadisə reallaşdı- Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyev ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, xalqımızın kimliyini, qürurunu özünə qaytarmış oldu. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi ölkəmizin başçısının xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin yaratdığı multikulturalizm, tolerantlıq dəyərləri bütün dünyada nümunə göstərilir. Bunun nəticəsidir ki,  Azərbaycanda yaşayan bütün millətlər bir ideya, azərbaycançılıq ideyası ətrafında birləşibdir. Bu məmləkətdə yaşayan dinindən, dilindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir.

Möhtərəm Prezidentimiz ölkənin iqtisadi potensialının artırılması yönümündə həyata keçirdiyi siyasət nəticəsində ÜDM dəfələrlə artmışdır. Bir vaxtlar neft gəlirlərindən asılı olan Azərbaycan iqtisadiyyatı bu gün qeyri-neft sektorundan gələn gəlirlər hesabına formalaşmaqdadır. İlham Əliyev Azərbaycanda «neft kapitalını» «insan kapitalına» çevrilməsinə dair strateji nəzəriyyə yaratdı. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. 

Prezident cənab İlham Əliyevin yeritdiyi xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilmişdir.  Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridən strateji və etibarlı müttəfiq dövlət imicini qazanmışdır. Bu dahi liderin  yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçildi. Bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022 ci illərdə sədrlik etməsi cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.

Ali Baş Komandanımız ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırıb. Prezident hər zaman Ermənistanla müharibəyə hazır olmalıyıq fikrini səsləndirirdi. Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürürdü. Bu səbəbdən İlham Əliyev All Baş Komandan olaraq Azərbaycanda güclü,  müasir ordu yaratdı. Bu ordu özləri üçün «məğlubedilməz ordu» imici yaratmış erməni ordusunu 44 günə darmadağın etdi. Bu bir daha göstərdi ki, Ali Baş komandanımız yeniləməz qətiyyətə və iradəyə malikdir.

Bu gün bölgənin ən aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. YAP ın 85 yerli təşkilatı, 760 mindən çox üzvü var.  YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. Bu vətəndaşlarımızın YAP-a və onun sədri cənab İlham Əliyevə olan etimadının  göstəricidir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa «Böyük Qayıdış» planı reallaşmaq üzrədir. Yaxın vaxtlarda keçmiş məcburi köçkünlərimiz də öz yurdlarına dönəcəklər. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi ilə Azərbaycan Prezident İlham Əliyevin başçılığı altında daha güclü bir dövlətə çevriləcək.