YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Quru Qoşunlarının komandanı “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib

Xəbər verildiyi kimi, Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyədə səfərdədir.

General-mayor Ənvər Əfəndiyev səfər çərçivəsində İstanbulda keçirilən “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və hərbi attaşenin quru qoşunları üzrə köməkçisi kapitan Tural Məmmədov da “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə təmsil olunublar.

Qeyd edək ki, təlimdə Türkiyə, Azərbaycan, İspaniya, Rumıniya və Gürcüstan hərbçiləri iştirak ediblər.