YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə "Şəhid ailələrinə qayğı" aksiyası davam edir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının əməkdaşları və fəalları İkinci Qarabağ savaşında Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidlər - Zəyəm qəsəbədən olan Pərvin Natiq oğlu Məmmədovun, kapitan Arzu Seymur oğlu İsgəndərovun, Düyərli kəndindən olan Rövşən İsrafil oğlu Əliyevin, Aprel şəhidi Altun Fərman oğlu Dəmirlinin, Zəyəm-Cırdaxan kəndindən olan Ruslan İlqar oğlu Nərimanzadənin, İsrayıl Səməd oğlu Hacıyevin məzarları ziyarət edilib, üzərlərinə tər gül-çiçək dəstələri düzülüb və xatirələri dərin ehtiramla yad edilib.

Sonra mərasim iştirakçıları şəhidlərin ailələrini evlərində ziyarət ediblər.

Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idik: “Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycan Ordusu döyüş meydanında düşmənə layiqincə cavab verərək onları torpaqlarımızdan qovdu. Qısa zaman kəsiyində - 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir.  Bir neçə gün əvvəl Hadrutun düşməndən azad edilməsini qeyd etdik. Mənfur ermənilər Hadrutu alınmaz qala adlandırırdılar, lakin qüdrətli ordumuz qısa zaman ərzində bu ərazini tamamilə işğaldan azad etdi. Hadrutun düşməndən təmizlənməsi ilə Füzuliyə yol açıldı. Füzuli də erməni tapdağından azad olundu. Beləliklə, Qələbəmizin təməli olan Şuşanın azad olunması istiqamətində işlərə başlanıldı. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı.”

Digər natiqlər qeyd ediblər ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar-ordu birliyi mövcuddur: “Bu birlik, həmrəylik sayəsində Azərbaycan Vətən müharibəsində böyük Zəfər qazandı, “Dəmir yumruq” əməliyyatı ilə 44 gün ərzində doğma torpaqlarımızı düşmən tapdağından azad etdik. Əsgər və zabitlərimiz heç nədən qormadan, çəkinmədən böyük şücaət göstərərək yalnız Vətənin bütövlüyü haqqında düşünürdülər. Xalqımız şəhidlərimizin adını hər zaman yaşadacaq.”

Şəhidlərin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.