YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda Vətən müharibəsi şəhidi Nəbiyev Elmar Elman oğlunun anım mərasimi keçirildi

Pirallahı rayonunda 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun il mərasimi keçirilib.

Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, YAP Pirallahı rayon təşkilatı sədrinin, RİH başçısı aparatının əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidin məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı önünə əklillər qoyulub, çiçəklər düzülüb və dualar oxunub.

Sonra şəhidimizin  keçdiyi döyüş yolundan danışılaraq vurğulanıb ki, hər bir şəhidimizin həyat yolu, vətənpərvərliyi, şücaəti gənc nəslin tərbiyəsində bir nümunədir. Sonda rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri vətənpərvərlik şeirləri ilə çıxış ediblər.

Daha sonra rayon rəsmiləri və ictimaiyyət nümayəndələri keçirilən il mərasiminə qatılaraq ailə üzvlərinə baş sağlığı verib. RİH başçısı ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb, onların daim diqqət mərkəzində saxlanılacağını ifadə edib. Şəhidin doğmaları və yaxınları  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab Ilham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!