YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhidlərin ildönümləri qeyd olunub

44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Gədəbəy rayonunun Novoivanovka kənd sakini, şəhid Cəfərov Elman İlham oğlu və Kəlaman kənd sakini, şəhid Paşayev Firdovsi Afiq oğlunun ildönümləri qeyd olunub.

Gədəbəy Rayon Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, rayon təşkilatının fəal üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərin ailələri ​ ilə söhbətlər aparıb, onların qayğı və problemləri maraqlanıb, ruhlarına dualar oxuyublar.

Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!