YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında ərazi  partiya təşkilat sədrləri ilə görüş  keçirilib. 

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirdi ki, təxminən otuz illik işğaldan  sonra Azərbaycan dövləti və ordusu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin böyük strateji dühası və Azərbaycan xalqının mərdliyi sayəsində öz ərazilərini düşmən tapdağından azad edib. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Cənab Prezident bu 44 gündə həm hərbi və siyasi, həm diplomatik və təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. 2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyev bu illər ərzində coğrafi cəhətdən kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olmuşdur.

Natiq vurğuladı ki, bütün bu nailiyyətlərin fonunda Qafqazın ən qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini yeniləşən və modernləşən ölkəmizin tələbləri kontekstində qurmalı, əldə olunan təcrübəyə əsaslanaraq cəmiyyətə partiyanın innovativ imicini təqdim etməlidir. Bu baxımdan YAP Pirallahı rayon təşkilatının üzərinə düşən vəzifələrdən danışan təşkilatın sədri, qarşıdakı dövrdə partiya intizamının yüksək səviyyəyə çıxarılacağını, üzvlərin uçotu, üzvlük haqları və  ümumilikdə maliyyə məsələlərində şəffaflığa xüsusi diqqət ayrılacağını bildirdi.

Çıxışı zamanı təşkilatın sədri yaxın günlərdə ərazi partiya təşkilatlarında hesabat konfranslarının keçirələcəyini vurğulayaraq, bu günün tələblərinə cavab verməyən ərazi partiya təşkilat sədrlərinin yeni kadrlarla əvəz olunacağını da qeyd etdi.

Emil Abasov sonda ərazi partiya təşkilatlarına tövsiyələr verərək onları daha da fəal olmağa, yeni layihələrlə çıxış etməyə, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə, yeni üzv qəbulu zamanı əsasən kəmiyyətə deyil, keyfiyyətə önəm verməyə çağırıb.