YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adlarını şanlı tariximizə yazan qəhrəmanların ildönümləri qeyd edilib

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsində şəhid olan beyləqanlıların il mərasimlərində iştirak ediblər.

YAP rayon təşkilatının nümayəndələri rayonun Kəbirli kəndinin şəhidi Yusifli Böyükağa Elbrus oğlunun, Qəhrəmanlı qəsəbəsinin şəhidi Hüseynov Vüsal Nadir oğlunun və Bahar qəsəbəsinin şəhidi Hüseynov Məhəmməd Alik oğlunun il mərasimlərində iştirak ediblər.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açılan mərasimlərdə qeyd olunub ki,  həmin qələbədə payı olan Vüsal və Məhəmməd kimi vətənpərvər, qəhrəman oğullarımızla bu gün hər birimiz fəxr edirik. Şəhidlik zirvəsinə ucalan Vüsal və Məhəmmədin təkcə beyləqanlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın oğulları olduğunu, onlarla hər bir azərbaycanlının qürur duyduğu vurğulanıb. Adlarını şanlı tariximizə yazan, xalqımıza zəfər sevinci yaşadan Vüsal və Məhəmmədin ömür yolu gənclərə nümunədir.

İştirakçılar şəhidlərin ruhuna  dualar oxuyub, əziz xatirələrini yad ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv