YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda şəhidlərin məzarları ziyarət edilib

Yeni Azərbaycan Partiyası Qobustan  rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev və partiya fəalları Qobustan rayonu Bəklə kəndindən olan şəhid “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Gərayev Tural Şahin oğlu və Birinci Qarabağ müharibəsi şəhidi Gərayev Kənan Valeh oğlunun məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər gül dəstələri düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildirib, ruhlarına dualar oxunub.

Təşkilat sədrinin səlahiyyətlərini icra edən Gülaliyev Füzuli bildirib ki, biz şəhidlərimizin ruhu qarşısında baş əyirik: “Əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və valideynlərinə səbr diləyirik. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir.”

Şəhidin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən “Şəhidlər bulağı”nda tikinti  ilə tanış olublar.