YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Hikmət İbrahimovun xatirəsi anılıb

Ucarda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan İbrahimov Hikmət Zaur oğlunun xatirəsi anılıb.

İldönümü ilə əlaqədar keçirilən mərasimə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva və partiya fəalları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Əvvəlcə şəhidin rayonun Qarabörk kənd qəbiristanlığında məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.

Daha sonra şəhidin ailəsi ilə görüşən mərasim iştirakçıları onların qayğı və problemləri ilə maraqlanıb, o cümlədən şəhidin şərəfli ömür yolundan, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdəki şücaətindən bəhs ediblər.

Qeyd edək ki, Hikmət İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.