YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.