YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması ilə bağlı bütün məsələlər üçtərəfli işçi qrupu çərçivəsində həll olunmalıdır

Cənubi Qafqazda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mübahisələr də daxil olmaqla, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı bütün məsələlər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində nəzərdən keçirilməli və həll edilməlidir.

Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, artıq bu mexanizmin səkkiz iclası keçirilib və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər.

“Biz Cənubi Qafqazda bütün iqtisadi-nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli razılaşmaların həyata keçirilməsinə kömək edən bəyanatlara və addımlara sadiq qalmağı düzgün hesab edirik”, - deyə M.Zaxarova vurğulayıb.