YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan şəhərində şəhid Elvin Şıxəliyevin ailəsi ziyarət edilib

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının nümayəndələri Vətən müharibəsinin şəhidi Elvin Şıxəliyev Sarvan oğlunun ailəsini ziyarət ediblər.

Şəhidin atası Sarvan Şıxəliyev Elvinin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunduğundan, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıb və bildirib ki, Elvin hələ uşaq yaşlarından vətənsevər gənc kimi böyüyüb, erməni işğalçılarına qarşı əsil döyüşçü kimi formalaşıb. Yaxınlarına, qonşularına qarşı çox həssas olub. Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Özü də ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib.  

Qeyd edilib ki, Şıxəliyev Elvin Sarvan oğlu 06.06.1995-ci ildə Şirvan şəhərində anadan olub. O könüllü olaraq hərbi xidmətə gedib, N saylı hərbi hissədə erməni təcavüzünə qarşı döyüşlərdə fəal iştirak edərək, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərib, şəhidlik zirvəzinə yüksəlib. Ziyarət zamanı Vətən müharibəsi şəhidi Şıxəliyev Elvinin əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilib.

Elvin Şıxəliyev Vətən müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi şücaətə və igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.