YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda şəhid Bəxtiyar Məmmədovun ildönümü münasibətilə məzarı ziyarət edilib

Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qobustan  rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, Qobustan rayonu Nabur kəndindən  şəhid olan Bəxtiyar Məmmədovun şəhadətinin ildönümü münasibətilə məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.

Anım mərasimi ilə əlaqədar keçirilən tədbirdə Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

Qeyd edək ki, şəhid Bəxtiyar Məmmədov “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.