YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının ərazi partiya təşkilatlarının hesabat seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib. 

“Üzeyir Hacıbəyov küçəsi 21”, “Q.Əlizadə küçəsi 5”, “R.Behbudov küçəsi 12”, “Üzeyir Hacıbəyov 10/12” və “Namiq Quliyev küçəsi 45” ərazi partiya təşkilatlarının hesabat seçki yığıncaqlarında ərazi partiya sədrləri hesabat dövründə görülən işlər haqqında məruzə ilə çıxış ediblər, iclas iştirakçıları hesabat məruzələri ətrafında müzakirələr aparıblar.

Daha sonra YAP Səbail rayon təşkilatının nümayəndələri yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, tədbir iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.

İclaslarda Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən də bəhs edilib.