YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahmar Mövsümov: COVID-19 pandemiyasına qarşı mübarizədə bütün ölkələr səylərini birləşdirməlidir

İnkişaf etmiş ölkələrdə vaksinasiya göstəricisi 60-70 faizə çatıb. İnkişaf etməkdə olan ölkələrin bir çoxunda isə bu rəqəm 10 faizə çatmayıb. Bu, təbii ki, qeyri-bərabər və ədalətsiz yanaşmadır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov noyabrın 4-də Bakıda işə başlayan “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.

Pandemiyaya qalib gəlmək üçün bütün dünya ölkələrinin səylərini birləşdirməsinin vacibliyini vurğulayan Şahmar Mövsümov bildirib: “COVID-19 qlobal pandemiyadır. Hər hansı ölkə bu bəlanın öhdəsindən təkbaşına gələ bilməz. Pandemiyaya qarşı mübarizədə bütün ölkələr səylərini birləşdirməlidirlər ki, COVID-19-a tezliklə qalib gəlmək mümkün olsun”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Foruma ayın 6-da yekun vurulacaq. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.