YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

8 Noyabr – Zəfər Günü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara MÜRACİƏT

8 Noyabr – Zəfər Günü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara

MÜRACİƏT

Azərbaycanın qalib gələrək 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş ərazilərini azad etdiyi Vətən müharibəsindən bir il ötür. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədərək bir neçə istiqamətdə Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalisini müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə atəşə tutdu. Ermənistan rəhbərliyinin məkrli planının – yeni torpaqlar işğal etmək məqsədinin qarşısını almaq üçün Azərbaycanın əks-həmləyə keçməkdən və düşmənə layiqli cavab verməkdən başqa seçimi qalmadı.

44 gün davam edən Vətən müharibəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsi, milli qürur, şərəf və qəhrəmanlıq salnaməsidir. Azərbaycan Ordusunun inamlı və qətiyyətli Zəfər yürüşü nəticəsində qazanılan Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünü deyil, eyni zamanda, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparan şanlı Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərərək 300-dən çox yaşayış məntəqəsini, həmçinin mühüm strateji yüksəklikləri işğaldan azad etməklə müasir hərb tarixində yeni səhifələrə imza atdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin təsdiqi olmaqla yanaşı, daha böyük itkilərin qarşısını almış oldu. Belə ki, Ermənistan üçtərəfli Bəyanata imza atmaqla Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmağa məcbur oldu və ölkəmiz 30 ilə yaxın davam edən işğal faktına öz hərbi-siyasi gücü ilə son qoydu. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etməklə separatizmə son qoydu. Dövlət başçısının 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Şuşa şəhərinin azad olunduğu gün - noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib. Bu, ən yeni tariximizin parlaq səhifəsi olan Zəfər salnaməsinin gələcək nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Vətən müharibəsindən sonra ötən bir ildə Azərbaycan tərəfindən atılan addımlar tarixi Qələbəmizin nəticələrinin iqtisadi, siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsini təmin edir. Artıq bütün dünya ictimaiyyətinə azad edilmiş ərazilərdə işğal dövrü ərzində törədilmiş dağıntıların miqyası, Azərbaycanın şəhər, qəsəbə və kəndlərinin, dini, mədəniyyət abidələrinin yerlə bir edilməsi, Ermənistanın misli görünməmiş ekoloji cinayətləri ilə tanış olmaq imkanı yaradılmışdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə ardıcıl və sistemli abadlıq-quruculuq işləri aparılır, kənd, qəsəbə və şəhərlərimiz, tarixi, dini və mədəni abidələrimiz bərpa edilir. Həmin ərazilərdə müasir yol infrastrukturunun yaradılması, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının inşası və digər addımlar uzun illərdir öz evlərindən didərgin salınan, hüquqları pozulan yüz minlərlə azərbaycanlının öz doğma yurduna dönməsinin – Böyük Qayıdışın qısa zamanda və ən yüksək səviyyədə həyata keçirilməsinə geniş imkanlar yaradır. Şübhəsiz ki, müasir bərpa-quruculuq konsepsiyaları əsasında reallaşdırılan tədbirlər – görülən işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına səbəb olacaq, 30 illik hərbi-siyasi əsarətdən xilas edilmiş ərazilərimizə yeni həyat və nəfəs verəcək. Lakin Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərin dəqiq mina xəritələrini verməkdən yayınması bərpa-quruculuq işlərinin həyata keçirilməsi prosesini ləngitməklə yanaşı, bu gün də insan tələfatına səbəb olur. Bununla da müharibə zamanı Azərbaycanın yaşayış məntəqələrini qadağan edilmiş silahlardan da istifadə etməklə atəşə tutaraq 100-dən artıq mülki sakinin ölümünə səbəb olan Ermənistan insanlığa qarşı yeni cinayətlərin baş verməsinə zəmin yaradır.

Artıq münaqişə və müharibə tarixə çevrilib – geridə qalıb, regionda postmüharibə dövrü başlayıb. Bu mərhələdə qarşılıqlı etimadın yaradılması, sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması mühüm vəzifə və prioritet kimi müəyyənləşdirilib. Azərbaycan uzun illər bölgədə sabitliyə, tərəqqiyə ciddi təhdid mənbəyi olan münaqişəni həll etməklə regionda sabitliyin və iqtisadi inkişafın təmin olunması üçün geniş imkanlar yaradıb. Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq şəraitinin formalaşması, Cənubi Qafqazın bütün potensialı ilə işbirliyi məkanına çevrilməsi deməkdir. Bu isə həm Azərbaycan, həm Ermənistan, həm də region ölkələri üçün geosiyasi, geoiqtisadi cəhətdən faydalı və perspektivlidir, rifah və inkişaf vəd edir.

İndi mövcud reallıqlar fonunda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiq müəyyənləşdirilməsi, sülh şəraitində xalqların birgəyaşayışının təmin olunması mühüm çağırış kimi qarşıda duran əsas strateji vəzifələrdən biridir. Azərbaycan bu istiqamətdə öz üzərinə düşənləri yerinə yetirir, qəti və birmənalı mövqe sərgiləməklə müvafiq təkliflərlə, təşəbbüslərlə çıxış edir. Ermənistan da öz növbəsində dəqiq və konkret yanaşma ortaya qoymalı, üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməlidir.

Azərbaycan Respublikasının aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da beynəlxalq hüququn norma və prinsipləri əsasında regionda sülh, təhlükəsizlik və əməkdaşlıq ideyalarına sadiqlik nümayiş etdirilməsinin vacibliyini qətiyyətlə bəyan edir. Hesab edirik ki, dünya ictimaiyyəti, ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar, siyasi partiyalar da Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməsinə səy göstərməlidir. Ermənistan Azərbaycanın regionda dayanıqlı etimad, etibarlı təhlükəsizlik və faydalı əməkdaşlıq mühitinin yaradılması ilə bağlı çağırışlarına müsbət yanaşmalı, bəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına əsaslanan təşəbbüslərinə adekvat cavab verməlidir. Cənubi Qafqazda möhkəm sülh, barış və qarşılıqlı etimadın bərqərar edilməsi üçün bütün siyasi qüvvələri və təşkilatları birgə fəaliyyətə və səmərəli əməkdaşlığa çağırırıq.

Müraciət Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfransda qəbul edilmişdir.

 

APPEAL

to political parties and international organizations on

November 8 - Victory Day

It has been one year since the Patriotic War, in which Azerbaijan gained victory and liberated its territories that had been under occupation of Armenia for almost 30 years. On September 27, 2020, the Armenian armed forces once again committing provocation, fired on Azerbaijan’s residential areas and civilian population in several directions, using various types of weapons, including heavy artillery. In order to prevent the insidious plan of the Armenian leadership - the aim of occupying new lands, Azerbaijan had no choice but to counter-attack and give an adequate response to the enemy.

The 44-day war is the brightest page of our centuries-old history, a chronicle of national pride, honor and heroism. The victory achieved as a result of the confident and decisive triumphal march of the Azerbaijani Army restored not only the territorial integrity of Azerbaijan, but also historical justice and international law.

Under the leadership of President, Supreme Commander-in-Chief of the Armed Forces Ilham Aliyev, the glorious Azerbaijani Army waging the war of the XXI century wrote a new page of modern military history by demonstrating its strength on the battlefield and liberating more than 300 settlements and also important strategic heights. The Trilateral Statement signed by the Presidents of Azerbaijan and Russia and the Prime Minister of Armenia on November 10, while confirming Azerbaijan's military-political victory, prevented much further losses. Thus, by signing the Trilateral Statement, Armenia was forced to return Kalbajar, Aghdam and Lachin districts to Azerbaijan without shouting a single fire, and our country put an end to the occupation that continued for almost 30 years with its military-political power. Thereby, Azerbaijan put an end to separatism by ensuring the implementation of UN Security Council Resolutions 822, 853, 874 and 884, which remained on paper for many years. By the decree of the President on December 3, 2020, the day of liberation of Shusha - November 8 was established as Victory Day in the Republic of Azerbaijan. This is very essential in terms of transmitting the chronicle of Victory, a bright page of our newest history, to future generations.

The steps taken by Azerbaijan in the past year after the Patriotic War have maintained strengthening the outcomes of our historic victory in the economic, political and diplomatic spheres. The whole world community has already been provided with the opportunity to get acquainted with the scale of the destruction in the liberated territories during the occupation, the destruction of Azerbaijani cities, towns and villages, religious and cultural monuments, and unprecedented environmental crimes of Armenia. Today, consistent and systematic renovation-construction work is being carried out in the liberated territories, our villages, settlements and cities, our historical, religious and cultural monuments are being restored. The creation of modern road infrastructure in these areas, construction of international airports in Fuzuli, Zangilan and Lachin districts and other steps create ample opportunities for the return of hundreds of thousands of Azerbaijanis - the Great Return of those who have been expelled from their homes for many years and whose rights have been violated, to their homeland in short time and at the highest level. Undoubtedly, the measures taken on the basis of modern restoration concepts will lead to the reconstruction of the Karabakh and East Zangazur economic regions, give new life and breath to our territories liberated from 30 years of military-political slavery. However, the evasion of the Armenian side from providing accurate mine maps of the liberated territories, along with slowing down the process of reconstruction, continues to cause human casualties to this day. Thus, Armenia, that killed more than 100 civilians by firing on Azerbaijan’s residential areas during the war with the use of banned weapons as well, is paving the way for new crimes against humanity.

The conflict and war have already become history - they are behind us, and the post-war period has begun in the region. At this stage, the establishment of mutual trust, peace, security and cooperation has been identified as an important task and priority. Azerbaijan has created large opportunities to ensure stability and economic development in the region by resolving the conflict, which was a serious threat to stability and progress in the region for many years. The opening of the Zangazur corridor, restoration of transport and communication lines illustrates the formation of conditions for cooperation in a broad format, the transformation of the South Caucasus into a place of cooperation with all its potential. This is geopolitically, geoeconomically useful and promising prosperity and development for Azerbaijan, Armenia and the countries of the region as well.

In light of the current realities, the main challenges as the signing of a peace agreement between Azerbaijan and Armenia, precise demarcation of borders, ensuring peaceful coexistence of peoples are among the crucial strategic tasks ahead. Azerbaijan fulfills its obligations in this direction and makes relevant proposals and initiatives demonstrating a firm and unequivocal position. Armenia, in turn, must take a clear and concrete approach and unconditionally fulfill all its obligations under the Trilateral Statement.

The New Azerbaijan Party, the leading political power of the Republic of Azerbaijan, also strongly emphasizes the importance of demonstrating commitment to the ideas of peace, security and cooperation in the region on the basis of the norms and principles of international law. We believe that the world community, each individual countries, international organizations and political parties should make efforts to ensure Armenia fulfill the obligations arising from the Trilateral Statement of November 10, 2020. Armenia must respond positively to Azerbaijan's calls for the creation of an environment of sustainable trust, reliable security and beneficial cooperation in the region, and adequately respond to its initiatives based on human values and international law. We call on all political forces and organizations to work together and effectively cooperate to establish lasting peace, harmony and mutual trust in the South Caucasus.

The appeal was adopted at a conference organized by the New Azerbaijan Party on “First anniversary of the victory: the role and goals of the economy of Victory”.

DİGƏR Xəbərlər Arxiv