YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhidlərin ildönümü mərasimləri keçirilib

Cəlilabadda Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cəlilabad şəhərindən İşiyev Rəfail Əhmədağa oğlu, rayonun Ləzran kəndindən Kərimov Asif Məmməd oğlu, Göytəpə şəhərindən şəhid Babayev Muxtar Rəhim oğlunun ildönümü mərasimləri keçirilib.

Anım tədbirlərində YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və partiya fəalları, Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. İştirakçılar qəhrəman oğulların Vətən müharibəsində göstərdikləri şücaət və igidlikdən bəhs ediblər.