YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu Zəfər tarixi Zəfərdir

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə 8 Noyabr - Zəfər Gününə həsr olunan "Bu Zəfər tarixi Zəfərdir" adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlətimizin başçısı İlham Əliyevin tarixə 2020-ci ilin Müzəffər Sərkərdəsi, Azərbaycan xalqının ən məğrur, yenilməz xalq, Ordumuzun dünyanın ən güclü Ordusu kimi tarixə yazıldığını qeyd edib. Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar, tarixi Zəfər bir daha təsdiqlədi ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir.

Yasamal Rayon İcra Hakimiyyəri başçısının müavini Təravət Muradova qeyd edib ki, Azərbaycan yeni reallıqlar yaratdı, qələbə çaldı, düşməni torpaqlarımızdan qovdu. Azərbaycanın şanlı Zəfərini bütün dünya izlədi.

Bakı Biznes Universitetinin rektoru İbad Abbasov çıxışında səsləndirib ki, 44 günlük müharibə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan Ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur. 

Daha sonra çıxış edən şəhid baş leytenant Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur Azərbaycan xalqının əzminin və iradəsinin, iqtisadi gücünün, müasir ordu quruculuğunun və xalq-iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunu, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini, düşmən üzərində tarixi zəfər çalındığını bildirib. Əli Nuri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirib.

"Hüseyn Cavid, pr.506" ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, teatr şöbəsinin müdiri Hicran Sadıqzadə hərkəsi Zəfər Günü ərəfəsində təbrik edərək tədbirin bədii hissəsinə izləməyə hər kəsi dəvət edib.

Tədbirin bədii hissəsində şeirlər oxunub, ifalar səsləndirilib və videoçarx nümayiş etdirilib.