YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti hesabat seçki yığıncaqları keçirilib

            Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirilib.

 İclaslarda  YAP-ın VII Qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışılıb, hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib.

          Gürgən qəsəbəsi, İlqar Məcidov küçəsi  41, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 3 və S.Bağırov küçəsi 3A ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında 44 günlük Vətən müharibəsində  canından keçən müqəddəs şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ərazi  partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri səsvermə yolu ilə qənaətbəxş hesab olunandan sonra iclasın gündəliyindəki təşkilati məsələlərə baxılıb. İclas iştirakçıları tərəfindən İlqar Məcidov küçəsi  41,  S.Bağırov küçəsi 3 və  S.Bağırov küçəsi 3A ünvanlarında yerləşən ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçiliblər. Seymur Yusibov İlqar Məcidov küçəsi  41 ünvanında yerləşən  ərazi partiya təşkilatının, Ramin Məmmədov S.Bağırov küçəsi 3  ünvanında yerləşən  ərazi partiya təşkilatının, Xəyalə Balaməmmədova  isə S.Bağırov küçəsi 3A  ünvanında yerləşən  ərazi  partiya təşkilatının sədrləri seçiliblər.

YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı İ. Əskərov  ərazi partiya təşkilatlarına yeni seçilmiş rəhbərliyi təbrik edərək, VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsində uğurlar arzuladı.