YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatı 8 Noyabr Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edib

YAP Şamaxı rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Turnirin açılışında çıxış edən YAP Şamaxı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov qeyd edib ki, Zəfər Günü tariximizə qızıl hərflərlə yazılıb.

Tədbirdə Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı şahmat məktəbinin direktoru Şəhriyar Soltan Zəfər Gününə həsr olunmuş turnirin əhəmiyyətindən danışıblar.

Turnirdə 7 komanda birincilik uğrunda mübarizə aparıb.