YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xocavənd rayon təşkilatının nümayəndələri şəhid Ceyhun Nüsrətlinin ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının nümayəndələri  Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olmuş Ceyhun Nüsrətli Aqil oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə YAP Xocavənd rayon təşkilatının fəal gəncləri iştirak ediblər. Ziyarət zamanı şəhidin əziz xatirəsi yad olunub, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparılıb.

Qeyd olunub ki, Nüsrətli Ceyhun Aqil oğlu 8 aprel 1995-ci ildə anadan olub. Nüsrətli Ceyhun 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirib. Daha sonra həqiqi hərbi xidmətə yollanıb. 29 sentyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olub.

Ölümündən sonra Emil Əzizoğlu Sadıqzadə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.