YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəki şəhərində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi anılıb

Yeni Azərbaycan Partiyasının Şəki şəhər təşkilatının rəhbərliyi və Milli Məclisinin deputatı Vüqar İskəndərov Şəkidən olan şəhidlərin əziz xatirəsinə həsr olunan ildönümü mərasimlərində iştirak ediblər.

Partiya nümayəndələri şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.

Anım tədbirləri çərçivəsində şəhid ailələri ilə keçirilən görüşlər zamanı onların müraciətləri dinlənilib və problemləri qeydə alınıb. O cümlədən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinin, həmçinin müharibə əlillərinin dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı ilə əhatə olunacaqları vurğulanıb.