YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhid Tural Rəhimov yad edilib

Noyabrın 4-də Cəlilabad  Rayon İcra Hakimiyyətinin əməkdaşları,  Yeni Azərbaycan Partiyası Cəlilabad  rayon təşkilatının rəhbərliyi və fəalları, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər, ictimaiyyət nümayəndələri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Söyüdlü kənd sakini Rəhimov Tural Arif oğlunun şəhadətinin ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər.

 Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Şəhid Tural Rəhimovun keçdiyi döyüş yolu barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib.