YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər rayonunda şəhid Tural Məmmədlinin xatirəsi anılıb

YAP Tərtər rayon təşkilatının rəhbərliyi və fəalları, rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tərtər rayon Bəyimsarov kənd sakini Məmmədli Tural Aqil oğlunun məzarı ziyarət ediblər. 

Şəhidin xatirəsi böyük ehtiramla yad olunub.

Sonra ziyarətçilər şəhidin ildönümü ilə əlaqədar təşkil olunmuş yas mərasimində iştirak edərək şəhidin ailə üzvlərinə  başsağlığı veriblər.

Şəhidin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və qayğıdan razı olduqlarını ifadə ediblər.