YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəki şəhər təşkilatı “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirib

Yeni Azərbaycan Partiyasının Şəki şəhər təşkilatının təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan fləşmobda Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının və Şəki Dövlət Regional Kollecinin ümumilikdə 400 nəfər tələbə-könüllüləri iştirak edib.

Keçirilmiş aksiyada tələbə-könüllülər ani surətdə toplaşaraq “Qarabağ Azərbaycandır!” şüarını əks etdiriblər.