YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: 2022-ci ilin dövlət büdcəsi müstəqillik tariximizin ən böyük büdcəsidir

“Azərbaycan iqtisadiyyatı artıq post-pandemiya mərhələsinə daxil olub və iqtisadi artım bərpa edilir və inkişaf göstəriciləri yükəsəlir. İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına səbəb olmaqdadır. 2021-ci ilin ötən 9 ayında iqtisadi inkişaf tempi 4,8 faizə çatıb və bu o deməkdir ki, iqtisadiyyatımız böhran dövrünü arxada qoyaraq yeni inkişaf yolunda inamla irəliləyir. Bütün bunların nəticəsində davamlı inkişaf, 2022-ci ilin maliyyə ilin üçün dayanıqlı iqtisadi təminatlar yaranıb. Bütün bu ssenarilərə əsasən hazırlanmış 2022-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycanın inkişafı üçün güclü zəmin yaradır”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkilinin sözlərinə görə, 2022-ci il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri mövcud qlobal iqtisadi çağırışlar, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən edilmiş prioritetlər  və onların həyata keçirilməsi üçün qarşıya qoyulmuş strateji məqsədlər  nəzərə alınmaqla tərtib olunub. “Dövlət büdcəsinin gəlirləri 26. 816 milyon manat müəyyən edilib ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə1,4 milyard amanata yaxın artım deməkdir. Büdcənin gəlirlər hissəsində Dövlət Vergi Xidmətinin xətti ilə 8,716 mlrd. manat manat vəsait daxil olacağı proqnozlaşdırılır. Daxilolmaların əsas hissəsi hüquqi şəxslərin gəlir vergisinin (ümumi vergi daxilolmaların 30,6%-i) və əlavə dəyər vergisinin (ümumi vergi daxilolmaların 27,2%-i) payına düşəcək. Gömrük daxilolmaları isə 4,2 milyard manat proqnozlaşdırılıb. 202-ci ildə Dövlət Neft Fondunun DNF) büdcəyə 12.710 milyon manat vəsait köçürəcəyi gözlənilir”.
A.Hüseynovun sözlərinə görə, gələn ilin büdcə xərcləri 29 milyard 879 milyon manat proqnozlaşdırılıb ki, bu da son 30 ilin, yəni Azərbaycanın müstəqillik dövrünün ən böyük büdcə xərcləri deməkdir. “Büdcə xərci üzrə göstəricilər 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur. Büdcədə 3. 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir. Büdcə gəlirlərinin 25. 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28. 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclər təşkil edir”.
Aydın Hüseynov qeyd edib ki, büdcə layihəsi dövlətin əsas funksiyalarının, o  cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil, dövlət  borcu,  prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam  etdirilməsi, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlərin və iqtisadi artımın dəstəklənməsinə güclü maliyyə təminatı yaradır. Eyni zamanda, Zəfərdən sonra Qarabağ və Şərqi-Zəngəzurda başlanmış işlərin davam etdirilməsi, işğaldan  azad  edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının,  daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, mina təmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrası, əhalinin məskunlaşdırılması və onların  həyat şəraitinin bərpası, dayanıqlı  və davamlı  iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin həyata keçirilməsi kimi tədbirlər üçün əhəmiyyətli maliyyə təminatı nəzərdə tutulub. 2022-ci ildə bu məqsədlər üçün büdcədən 2,2 milyard manat vəsaitin ayrılması qərara alınıbdır.
Millət vəkili bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin əsas xərclərini, təxminən 40 faizini sosialyönmülü xərclər təşkil edəcək. Həmin xərclərin əsas hissəsi sosial təminat və sosial müdafiə xərclərinə yönəldiləcək. “Gələn il minimum aylıq əməkhaqqının məbləğinin artırılması, o cümlədən büdcədən maliyyələşən təşkilatlarda əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, əmək pensiyalarının minimum məbləğinin, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarı həddinin, bir sıra sosial müavinətlərin doktorantların və tələbələrin təqaüdlərinin məbləğinin artırılması nəzərdə tutulur ki, bu tədbirlərin maliyyələşdirilməsi 2022-ci ilin dövlət büdcəsinin sosial xərclərinə xüsusi yer tutacaq. Bir sözlə büdcədən sosial məqsədlər üzrə bütün istiqamətlərdə artımın təmin edilməsi üçün əalvə maliyyə mənbələri nəzərə alınıbdır”.