YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycanın Zəfər tarixi əsrə bərabər bir gündür

Noyabrın 8-də can Azərbaycanın Vətən müharibəsində əldə edilən Zəfərinin ildönümü qeyd edildi. Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun ifadəsindən ilham alaraq bu tarixin əsrə bərabər bir gün olduğunu deyəcəyəm. Azərbaycanın Zəfəri bölgəmizdə qalıcı sülhün, sabitliyin və rifah fürsətinin önünü də açdı. Qardaş Azərbaycanın Zəfər Günü və Bayraq Gününü bir daha təbrik edirəm.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirlərinin VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Dəyişən dünyaya ayaq uydurmaq üçün vacib bir dəyişikliyin ərəfəsində olduğumuzu ifadə edən nazir deyib: “Biz eyni kökdən bəslənən bir ulu ağacın eyni budaqlarıyıq. Köklərimizi unutmadan birliyimizi bərkitdikcə beynəlxalq gücümüzü artıracağıq. Ata yurdumuz Asiya dünya siyasətində vacib nöqtəyə gəlib. Bu çərçivədə təşkilatımızın həm vacibliyi, həm də məsuliyyəti artıb. Sabah keçiriləcək İstanbul Zirvəsində liderlərimiz təşkilatımızın gələcəyi ilə bağlı vacib qərarlar alacaqlar. İlk növbədə bu il qardaş Türkmənistanın müşahidəçi ölkə olaraq aramıza qatılması ilə ailə fotomuzu tamamladıq. İkinci olaraq Ailə Məclisimizin adını Türk Dövlətləri Təşkilatı olaraq dəyişdiririk. Ağsaqqallar şurasının düşünülmüş idarəçiliyini qəbul edirik. Müşahidəçi və ortaqlıq statuslarını açıq şəkildə müəyyənləşdiririk. Əsas kimliyimizi mühafizə edərək birlikdə təşkilatımızın çəkim gücünü daha da artıra biləcəyik. Sabah Türk Dünyası 2040 vizyonunu qəbul edəcəyik. Köklərimiz bir olduğu kimi, gələcəyə baxışımızın da ortaq olması vacibdir. Vizyon sənədində qəbul olunan qərarların sədrlik müddətimiz ərzində həyata keçirilməsi üçün tətbiq sənədi qəbul edəcəyik. Beş illik yol xəritəsini əhatə edəcək bu sənədin 2022-ci ilin ilk rübündə Şuramızın təsdiqinə təqdim edilməsi nəzərdə tutulur”.