YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Kamilə Əliyeva seçicilərlə görüşüb

Milli Məclisin deputatı Kamilə Əliyeva Zaqatalada  Heydər Əliyev Mərkəzində  seçiciləri ilə növbəti görüşünü keçirib.

  Görüşdə seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əsasən sosial, məşğulluq  və sair məsələlər müzakirə edilib. Gündəmə gətirilən  məsələlərin  bir qismi yerindəcə həll olunub, digər qismi ilə bağlı  aidiyyati qurumlara müraciət ediləcəyi bildirilib.

Kamilə Əliyeva dövlətimizin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını qeyd edərək, bu istiqamətdə atılan addımların uğurlu nəticələrindən bəhs edib. İşsizlik, məşğulluq problemlərinin həllinə yönələn addımlardan biri kimi yeni iş yerlərinin açılması xüsusi vurğulanıb. O da qeyd edilib ki, vətəndaş məmnunluğunun artırılması qarşıya qoyulan əsas hədəflərdəndir.  İdarəçilik sistemində yeniliklərin tətbiqi, Azərbaycan brendi kimi dünyaya səs salan yeni layihələrin icrası da bu məqsədə xidmət edir.

  Secicilər səmimi keçən görüşdən məmnunluqlarını, həmçinin onları narahat edən məsələlərin həllini tapacağına əminliklərini  ifadə ediblər.