YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəki şəhər təşkilatı “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı konfrans keçirib

YAP Şəki şəhər təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu il dönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı konfrans keçirilmişdir.

YAP Şəki şəhər təşkilatının rəhbərliyi və fəal üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuş, Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər.

Sonra tədbirdə çıxış edən YAP Şəki şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Həsən Həsənov partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli yoldan bəhs etmişdir.                    
Çıxışçılar Daşqın Mikayılov, Murad Qəhramanov, Qabil Qədimov və Kamil Məmmədov partiyanın yarandığı tarixdən bu günə qədər ötən dövr ərzində görülən işlərdən və  YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs etmişlər.
Sonda Həsən Həsənov  Ali Baş Komandan cənab Prezident İlham Əliyevin liderliyi ilə İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz böyük zəfərdən, Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəldiyi vaxtdan indiyədək ölkəmizin inkişafında olan əvəzsiz rolundan danışmış, qarşıda duran vəzifələrdən və onların icrası istiqamətində görülməli olan vacib məqamlardan söz açmışdır.