YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçının işğaldan azad edilməsinin birinci ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib

Laçın rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə rayonun icra strukturlarının, idarə və müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Laçın Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binası qarşısındakı büstü və ərazidəki Xatirə kompleksini ziyarət edib, önünə tər güllər düzüblər.

Sonra Qayğı qəsəbəsi ərazisində 400-dən çox həmişəyaşıl ağac əkilib.