YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov təşkilatında növbəti hesabat-seçki yığıncaqları keçirilib

YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 106B”, “Təbriz 189”, “Ağasadıq Gəraybəyli 76” ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək YAP-ın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparıllb və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Sonra təşkilati məsələlərə baxılıb, ərazi partiya təşkilatlarının sədr və müavinləri seçilib.

Yığıncaqlarda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsul əməkdaşı Vüsal Əliyev hesabat məruzələrini və ərazi partiya təşkilatlarının fəaliyyətini qənaətbəxş qiymətləndirib. O, təşkilatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.