YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taleh Ziyadov: Zəngəzur dəhlizinin açılması ilə Bakı Limanının böyük potensialı üzə çıxacaq

Zəngəzur dəhlizinin açılması ilə Bakı Limanının böyük potensialı üzə çıxacaq və gələcəkdə bu dəhlizlə yükdaşımaların artacağını gözləyirik.

Bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov dekabrın 7-də Bakı limanında KİV üçün keçirilən təlimdə deyib.

T.Ziyadov qeyd edib ki, Sovet İttifaqı respublikaları arasındakı iqtisadi əlaqələr Zəngəzur dəhlizi vasitəsilə aparılırdı: “Bizim ölkəmizdən İrana gedən dəmir yolu vasitəsilə ildə 3 milyon tona qədər yük dövriyyəsi olurdu. Birinci Qarabağ müharibəsindən sonra isə bu dəhlizlə yükdaşıma tamamilə dayandı. Hazırda isə İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərlə həm Azərbaycan, həm də region üçün yeni perspektivlər yarandı”.